Ana səhifə

Haqqımızda

Haqqımızda

TechnoSonus istehsalat şirkəti – məkanında səs izolyasiya, akustik, vibroizolyasiya materiallarının təqdimi, onların texnologiyası, inşaat və akustik memarlıq sahəsində mühəndis konsaltinq xidmətləri göstərən lider şirkətlərdən biridir. Şirkət 2007-ci ildən uğurla inkişaf etməkdədir.
Müəssisəmiz 14000 m2 müasir Rusiya və Avropa dəzgahları ilə təchiz olunmuş öz istehsalat sahəsinə malik olub, geniz spektrdə səs izolyasiya və akustik materiallarının ciddi keyfiyyət yoxlaması ilə tədqiqatı və istehsalı ilə məşğuldur.

Specialization:

Qabaqcıl və müasir materialların tətbiqi ilə səs-küy, vibrasiyada ən çətin və istənilən problemin həll yolları
Səs-küydən maksimal effektiv qorunma sistemlərinin tədqiqatı və test edilməsi
Akustik komfortu yaradan səs izolyasiya, vibroizolyasiya, akustik materialların istehsalı və realizasiyası
Latviya, Litva, Ukrayna, Rumıniya, Belorusiya Qazaxstan, Gürcüstan, Rusiya, Moldova və Azərbaycanda satış şəbəkəsinin inkişafı
İnşaat və quraşdırma
Səs-küy və akustik problemi olan istənilən təyinatlı məkanlarda ölçüm, layihələndirmə və akustik konsultasiya xidmətləri
Xidmətlər
  • TechnoSonus şirkəti ixtisaslaşdırılmış material seşimində konsultasiya göstərərək, obyektlərin layihələndirilməsində köməklik göstərərək, malların təchizatını, sistemin montajını «açar təslim» şəklində yerinə yetirərək, bütün növ inşaat və memari akustik problemlərin həll etmək məsələsini üzərinə götürür.
  • Şirkət, səs izolyasiya sistemlərinin quraşdırılmasnı yüksək peşəkarlıqla həyata keçirə bilən montaj qrupuna malikdir. Bu qrupa daxil olanlar, şirkətin inkişaf etdirdiyi, səs izolyasiya və istənilən çətinlikdə daxili məkan inşaatında biliklərini artırmaqda olan daimi əməkdaşlarıdır.
Elmi fəaliyyət

Şirkət aktiv şəkildə elm sahəsində də inkişaf etməkdədir. TechnoSonus mütəxəssisləri müxtəlif konferensiya və maarifləndirici tədbirlərdə iştirak edir, elmi araşdırmalar aparmağa davam edirlər. Şirkətə səs izolyasiya materiallarının modelləşdirilməsinə lazımlı material, səs izolyasiya konstruksiyaları barədə ixtiraları 16 patenti aiddir.

TechnoSonus malları
  • TechnoSonus şirkəti uzun illərdir milyonlarca müştərinin rəğbətini qazanmış etibarlı, keyfiyyətli və yüksək effektli materiallar istehsal edir. Bu məhsullar Thermo Sound Insulation TSI, TechnoSonus membranes, Sonoplat, Sonokrep və sairə ticarət markası altında tanınır.
  • Şirkət hər il yeni məhsul axtarışını, təcrübədən keçirilməsini və istehsalını həyata keçirib, innovativ texnologiyaların tətbiqi ilə ən müasir standartlara cavab verən məhsulu istehlakçılara təqdim edir. Bu sıraya gündən günə populyarlıq qazanan Akustikine və Belner dekorativ-akustik panelini nümunə göstərmək olar.
  • TechnoSonus şirkətinin akustik layihələri real göstəricilərə əsaslanan, unikal proqram təminatı və yüksək sinifli avadanlıqlarla akustik ölçülərin aparılması sayəsində baş verir. Bütün bu göstəricilər uyğunluq sertifikatları ilə təsdiq olunur.